Xəbər lenti

Dünya 18:52 24.04.2024

İspan polisi Avropanın ən böyük sikkə saxtakarlarını ifşa etdi - 5 illik əməliyyat

İspaniya polisi Avropol ilə birlikdə 2 avroluq saxta sikkələrin istehsalı üzrə Avropa İttifaqının ən böyük qanunsuz sexinin fəaliyyətini dayandıra bilib. 

Qaynarinfo xəvbər verir ki, bu barədə İspaniya polisinin saytında məlumat verilib.

Cinayət şəbəkə Çindən gələn mühacirlər tərəfindən yaradılıb. İşlədikləri bütün dövr ərzində cinayətkarlar İspaniya bazarına 100 minə yaxın saxta sikkə çıxarıblar. Digər Avropa ölkələrinin bazarlarına daha 400 minə yaxın saxta pul gedib.

Toledodan olan (emalatxana İspaniyanın bu əyalətində yerləşirdi) saxtakarlarla bağlı araşdırmalar hələ 2018-ci ildə başlayıb. Cinayət təşkilatının sıxlığı və sikkələrin demək olar ki, sıfır izlənməsi səbəbindən proses beş il uzanıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->