Dünya 18:29 26.03.2024

İspaniyalı nazir: “Nə Aİ, nə də NATO heç bir müharibəyə hazırlaşmır”

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib ki, nə Avropa İttifaqı, nə NATO, nə də onun ölkəsi Rusiyadan gələn təhlükəyə və Ukraynaya qarşı törətdiyi təcavüzə baxmayaraq, heç bir müharibəyə hazırlaşmır.

Qaynarinfo xəbər verir ki, bu barədə La Vanguardia yazır.

Qeyd olunur ki, Albares bəzi siyasi partiyaların hökumətin iddia edilən döyüşkən ritorikası ilə bağlı şərhlərinə cavab verib və izah edib ki, "İspanlar hazırda Avropada nə baş verdiyini çox yaxşı bilirlər: BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən işğal müharibəsi gedir”.

Ona görə də, onun sözlərinə görə, İspaniya Ukraynaya kömək edir, "çünki biz dövlətlər arasında münaqişələrin həlli yolu kimi müharibənin Avropaya qayıtmasına icazə verə bilmərik”.

Amma eyni zamanda İspaniya Xarici İşlər Nazirliyinin rəhbəri başqa təhlükənin olmadığını vurğulayıb.

Onun sözlərinə görə, ispanlar "çox yaxşı bilirlər” ki, "nə Avropa İttifaqı, nə NATO, nə təbii ki, İspaniya, nə də İspaniya hökuməti heç bir müharibəyə hazırlaşmır”, çünki "İspaniyanın ittifaqlarından heç biri bir üzv, hücumçu deyil, hamısı müdafiə ittifaqlarıdır".
Xatırladaq ki, ABŞ kəşfiyyatına görə, Rusiya demək olar,  NATO ilə birbaşa hərbi toqquşma istəmir  və özünü "asimmetrik tədbirlər”lə məhdudlaşdıracaq.

Bundan əvvəl Litva kəşfiyyatı Rusiyanın Ukraynada ən azı iki il daha döyüşə biləcəyi ilə bağlı təxminləri açıqlamışdı.

Alpər