Dünya 09:52 30.10.2023

İsrail XİN Mahaçqalada baş verənlərə reaksiya verdi - Yəhudi ovu...

"Yəhudiləri axtaran" dağıstanlıların qəzəbli kütləsinin Mahaçqala hava limanına basqın etməsindən sonra Qüds Rusiya hakimiyyətini öz yurisdiksiyasındakı israilliləri və yəhudiləri qorumağa çağırıb.

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir

İsrailin Xarici İşlər Nazirliyi verdiyi açıqlamada, İsrail dövlətinin hər yerdə öz vətəndaşlarına və yəhudilərinə zərər vermək cəhdlərini ciddi qəbul etdiyini bildirib.
"İsrail Rusiya hüquq-mühafizə orqanlarından kimliyindən asılı olmayaraq bütün İsrail vətəndaşlarını və yəhudiləri müdafiə etmələrini, iğtişaşlara və yəhudilərə və israillilərə qarşı təhriklərə qarşı qətiyyətli addımlar atmasını gözləyir”, - nazirlik bildirib.

Nizami Bağırov