Video 13:14 17.11.2022

İstanbul terrorçusu bu şəxsdən əmr alıb - Yeni görüntülər yayıldı

İstanbuldakəı İstiqlal küçəsində terror aktı törədən Ahlam Albashır istintaqa etiraflar edib.

Qaynarinfo xəbər verir ki, terrorçu qadın partlayış əmrini aldığı şəxsin kimliyini açıqlayıb. O, bildirib ki, İstanbulda terror törətmək əmrini ona "Hacı” kod adlı terrorçu verib.

Ahlam Albashır terakt törədilən yerdə tək olmadığını, başqa bir terrorçunun şəkillər çəkdiyini bildirib. Həmçinin terror təşkilatına 2017-ci ildə üzv olduğunu etiraf edib.

Bu arada Ahlam Albashır Taksim meydanına gəlmə anı və bombanı yerləşdirdikdən sonra hadisə yerindən uzaqlaşmasını əks etdirən yeni görüntüləri yayılıb.

Təhlükəsizlik kameralarına düşən görüntülərdən terrorçunun çiynində çanta, əlində isə paket olub. Çadıra ilə üznü gizlətməyə çalışan terrorçu yerli saatla 15:29-da kafenin qarşısında görünüb. Sonra isə yaxınlıqdakı oturacaqların birində əyləşib. Hadisə noyabrın 13-də yerli vaxtla saat 16:14-də baş verib. Partlayışdan dərhal sonra qadın qaçmağa başlayıb. Terrorçunun saat 16:17-də bir hotelin qarşısından keçdiyi də təhlükəsizlik kameralarına düşüb.

Qeyd edək ki, İstanbulda baş verən terror aktı nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Aydın