Xəbər lenti

Dünya 20:23 23.12.2023

İstanbulda 1,5 milyon binanın sakinləri köçürüləcək

Türkiyə 5 il ərzində İstanbulun 1,5 milyon binanın sakinlərinin köçürüləcəyi yenilənmə proqramına başlamağa hazırlaşır. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"İstanbulda təxminən 7,5 milyon bina var ki, bunun da 6 milyonu yaşayış binasıdır. Onlardan 600 mini əsaslı şəkildə təmir edilməlidir. Məqsədimiz 5 il ərzində yaşamaq üçün təhlükəli hesab edilən 1,5 milyon evin sakinlərini məskunlaşdırmaqdır", deyə Ərdoğan bildirib.

Türkiyədə 2023-cü ilin birinci yarısında baş verən güclü zəlzələlərdən sonra zəlzələyə davamlı yaşayış evləri və digər binaların tikintisi planları aktuallaşıb. Mart ayında Türkiyədə zəlzələlərdən sonra 820 mindən çox binanın istifadə edilə bilməyəcəyi açıqlanmışdı.

Daha əvvəl Türkiyədə 7,0 bal gücündə zəlzələ zamanı İstanbulda 600 min mənzilin dağılacağı proqnozlaşdırılmışdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?