Dünya 19:25 05.01.2024

İsveç Ukraynanı dəstəkləməkdən imtina edən bu ölkəni yardımdan məhrum edir

İsveç hökuməti Rusiya qoşunlarının Ukraynadan çıxarılması ilə bağlı BMT Baş Assambleyasının qətnaməsinə səs verməkdən imtina etdiyi üçün Maliyə yardımı dayandırmaq niyyətindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə krallığın yardım və xarici ticarət naziri Yohan Forsselin bəyanatına istinadən yerli TV4 telekanalı məlumat yayıb.

Rəsmi xatırladıb ki, Stokholm son 10 ildə Bamakonu dəstəkləyib. Bu müddət ərzində İsveç Maliyə kömək üçün 3,5 milyard İsveç kronundan (təxminən 352 milyon dollar) çox vəsait ayırıb.

"Biz başqa ölkələrlə əməkdaşlıq edəndə onların da İsveçlə əməkdaşlıq etmək istəməsini istəyirik, lakin bunun əvəzində Mali Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyir", deyə Forssel bildirib.

Dekabrın 26-da İsveçin müdafiə naziri Paul Yonsson özünü və Ukraynanı lazımi artilleriya sursatları ilə təmin etmək üçün ölkənin istehsal gücünü artırmağa çağırıb. Hərbi idarə rəisinin dediyi kimi, Stokholm və Kiyevin ehtiyacları üçün eyni vaxtda mərmi alınması səbəbindən krallıq son dərəcə çətin vəziyyətə düşüb.

Aydın