Xəbər lenti

Dünya 21:35 28.09.2023

İsveçrə buzlaqlarının fəlakətli sürətlə əriməsi alimləri təşvişə salıb

İsveçrə Elmlər Akademiyasının bir qrup mütəxəssisi dağ buzlaqlarının əriməsinin kəskin sürətləndiyini açıqlayıb. 2022-ci ildə onların həcmi 6%, 2023-cü ildə isə daha 4% azalıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrədəki GLAMOS buzlaqların monitorinqi mərkəzinin hesabatında deyilir.

Alimlər bildirib ki, qar örtüyünün əriməsi fəlakətli sürətlə davam edir: "Cəmi iki il ərzində 1960-1990-cı illər arasında itirilən buzun eyni miqdarı itirilib. Ardıcıl iki ekstremal il böyük buzlaq dillərinin dağılmasına və daha kiçik buz yığılmalarının tamamilə yox olmasına gətirib çıxarıb".

İsveçrə Alp dağlarında buz qalınlığının orta itkisi bölgədən asılı olaraq iki ilə üç metr arasındadır. 

GLAMOS-un rəhbəri Mattias Hussun sözlərinə görə, İsveçrə artıq minə qədər kiçik buzlaq itirib və indi daha böyük və daha vacib buzlaqları itirməyə başlayır.

Tədqiqatçılar irimiqyaslı buz itkisini qışın müaliyim keçməsi və yayın istisi ilə əlaqələndiriblər. Ən azı 1/4 əsrdir fəaliyyət göstərən 2 min metrdən çox hündürlükdə avtomatlaşdırılmış monitorinq stansiyalarının yarısından çoxu ilin bu vaxtı üçün rekord dərəcədə aşağı qar səviyyəsini qeydə alıb. 2023-cü ilin yazında, həddindən artıq isti iyun səbəbiylə qar həmişəkindən 2-4 həftə tez əriməyə başlayıb.

Alimlər qeyd ediblər ki, 2023-cü ilin avqustunda təxminən 5300 metr yüksəklikdə 0°C-dən aşağı temperatur qeydə alınıb. Bu o deməkdir ki, İsveçrədəki bütün Alp zirvələri sıfırdan yuxarı temperaturu saxlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->