Xəbər lenti

Dünya 14:03 22.10.2023

İsveçrə HƏMAS-a maliyyə yardımı ilə bağlı araşdırmaya başladı

İsveçrə bir aydan çoxdur ki, HƏMAS-ın ölkədən maliyyələşməsi ilə bağlı araşdırma aparır. 

Qaynarinfo SRF-yə istinadən xəbər verir ki, bunu İsveçrənin baş prokuroru Stefan Blattler deyib.

Prokuror işin təfərrüatlarını açıqlamayıb. Lakin qeyd edilir ki, bu, HƏMAS-ın ölkədən maliyyələşməsinə dair 20 ildə ilk araşdırmadır.

Eyni zamanda, parlamentarilərin dəfələrlə qadağasına nail olmaq cəhdlərinə baxmayaraq, HƏMAS qrupunun özünə də ölkədə icazə verilir. Bu, HƏMAS-ın siyasi təşkilata malik olması və Qəzza zolağına siyasi nəzarəti həyata keçirməsi ilə əlaqədardır. Bu da hərəkatın törətdiyi cinayətlərə baxmayaraq, terror təşkilatı elan olunmasının qarşısını alır.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında Fələstinin HƏMAS hərəkatının hərbi qanadının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. 

Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağdakı hədəflərə hava zərbələri endirməyə başlayıb. İsrail həmçinin Qəzza zolağının tam blokadaya alındığını elan edib: su, qida, elektrik, dərman və yanacaq tədarükü dayandırılıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->