Xəbər lenti

Dünya 14:23 21.09.2023

İsveçrə ictimai yerlərdə üz örtüklərini qadağan edir

İsveçrə referendumdan iki il sonra burkanı qadağan edən qanun qəbul edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

İsveçrə parlamenti ölkə əhalisinin 51%-nin ümumxalq səsverməsində bu tədbiri dəstəkləməsindən iki il sonra burkaya qadağa qoyub.

İndi bu qadağanı pozanları 1000 İsveçrə frankı (təxminən 1033 avro) məbləğində cərimə gözləyir. İctimai yerlərdə bu üst paltarı geyinənlərə cərimə tətbiq olunacaq. Agentliyin məlumatına görə, istisna dini mərasimlər üçün nəzərdə tutulmuş yerlərdir. Qadağaların tibbi üz maskalarına və ya karnaval maskalarına təsir etməyəcəyi də aydınlaşdırılıb.

Mənbənin sözlərinə görə, qanun üzü örtən hər hansı geyim və ya aksessuarların geyməsinə görə cəza nəzərdə tutur, lakin İsveçrənin Mərkəzi İslam Şurası bəyan edib ki, onun qəbulu ölkədə islamofobiyanın yayılmasından xəbər verir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->