Xəbər lenti

Dünya 11:20 26.10.2023

İsveçrə İsrail və Fələstindən olan təşkilatların maliyyələşdirilməsini dayandırdı

İsveçrə federal hökuməti Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda on bir Fələstin və İsrail qeyri-hökumət təşkilatına maliyyə dəstəyini dayandırmaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə İsveçrə Federal Xarici İşlər Departamenti məlumat yayıb.

Əsasən insan haqları sahəsində çalışan və İsveçrə Xarici İşlər Nazirliyinin Yaxın Şərqdə əməkdaşlıq proqramları vasitəsilə dəstək alan altı Fələstin və beş İsrail qeyri-hökumət təşkilatı müvəqqəti olaraq İsveçrədən maliyyə almayacaq.

Departament, təfərrüatlara varmadan, "HƏMAS-ın 7 oktyabrda İsrailə hücumundan sonra yaranan yeni vəziyyəti və Yaxın Şərqdə hərbi əməliyyatların yenidən başlamasını nəzərə alaraq” qərar verdiyini bildirib.

Eyni zamanda, Departament maliyyələşdirmənin dayandırılmasının onlara təşkilatların fəaliyyətinin İsveçrənin xarici tərəfdaşları üçün məcburi olan "davranış kodeksi və ayrı-seçkiliyə qarşı xəbərdarlıqlara” uyğunluğunu təhlil etməyə imkan verəcəklərini açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->