Xəbər lenti

Dünya 16:20 21.04.2024

İsveçrə prezidenti Putinə məktub göndərdi, dialoqa çağırdı

İsveçrə prezidenti Viola Amqerd yenidən seçildikdən sonra rusiyalı həmkarı Vladimir Putinə məktub göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Blick" İsveçrə Müdafiə Nazirliyinin şərhlərinə yazıb.

Nəşr qeyd edib ki, məktub keçən həftə göndərilib. İdarədən bildiriblər ki, məktub seçkilərdə qələbə münasibətilə təbrik deyil.

"Blick"in məlumatına görə, Viola Amqerd Moskva yaxınlığındakı "Crocus City Hall"da baş vermiş terror aktı ilə əlaqədar və Rusiya regionlarında daşqınlardan zərər çəkənlərə başsağlığı verib. Məktub Vladimir Putinə çətin vaxtlarda dialoq çağırışı kimi göndərilib.

İsveçrə hakimiyyəti 2024-cü ildə Ukraynadakı münaqişə ilə bağlı 80-100 ölkənin iştirakı ilə sülh konfransı keçirməyi planlaşdırır. İsveçrənin xarici işlər naziri İqnazio Kassis Rusiyanı sammitə dəvət etməyi təklif etsə də, Ukrayna buna qarşıdır. Vladimir Putinin sözlərinə görə, konfransın təşkilatçıları əmindirlər ki, Rusiyasız heç nəyi həll etmək mümkün deyil. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->