Xəbər lenti

Dünya 18:09 09.04.2024

İsveçrə Rusiyanın hücumu halında neytrallıqdan imtina edəcək

Rusiya tərəfindən hücum olacağı təqdirdə, İsveçrə Avropanın NATO tərəfdaşları ilə birlikdə təcavüzkardan müdafiə olunmaq niyyətindədir.

Qaynarinfo "Der Standart”a istinadən xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının prezidenti və müdafiə naziri Viola Amherd bildirib.

Onun sözlərinə görə, Avropanın "Sky Shield” ("Göy qalxanı”) hava hücumundan müdafiə təşəbbüsü neytrallıqda istisnanı ehtiva edir.

"İsveçrəyə hücum edilərsə, vəziyyət dəyişəcək və neytrallıq artıq tətbiq edilməyəcək", - deyə Amherd bildirib.

O qeyd edib ki, bu halda İsveçrə "müdafiəmizi tərəfdaşlarla təşkil edə” biləcək.

İsveçrə prezidentinin sözlərinə görə, hər-hansı digər silah sistemində olduğu kimi, "müdafiə qalxanının da istifadə edilməyəcəyinə ümid edilir. Bununla belə, o bildirir ki, müdafiə vəziyyətində əməkdaşlıq İsveçrəyə kömək edəcək. 

İsveçrə Almaniyanın keçən il başlatdığı təşəbbüsdə iştirak edir və bu təşəbbüs digər şeylərlə yanaşı, birgə satınalma, təlim və radar məlumatları kimi məlumat mübadiləsini nəzərdə tutur.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->