Xəbər lenti

Dünya 21:25 22.04.2024

İsveçrəyə tətilə gedən cütlüyə mobil rabitə üçün 143 min dollarlıq faktura gəlib

ABŞ-dan İsveçrəyə tətilə gələn cütlük 143 min dollarlıq telefon hesabı alıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Inside Edition" yazıb

Turistlərin fikrincə, bu məbləğ açıq-aşkar səhvdir. Rene və Linda Remund tətillərini İsveçrənin kəndlərində keçiriblər. Turistlər davamlı olaraq sosial şəbəkələrdə dostlarına tətildən fotolar göndərib. Evə qayıdanda 143 min dollar məbləğində mobil telefon fakturası alıblar.

"Mən dərhal bunun mümkün olmadığını düşündüm", deyə Rene bildirib.

İndi cütlük vəkili ilə birlikdə vəziyyəti düzəltməyə çalışır. Linda əlavə edib ki, o, mobil operatorun ofisinə gedib və İsveçrəyə səfəri zamanı rouminqə qoşulmağı xahiş edib.

Aydın


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->