İdman 12:13 03.10.2022

İtaliya A Seriyasında bu matç tarixə düşdü

İtaliya A  Seriyasında ilk dəfə kişilərdən ibarət matçı qadın idarə edib. 

Qaynarinfo xəbər verir ki, bu mənada tarixə düşən ilk matç "Sassuolo" - "Salernitana" olub. "Mapey" stadionun keçirilən görüşü 31 yaşlı Maria Sole Ferrieri Kaputi idarə edib. 

Qarşılaşma "Sassuolo"nun 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da komanda xallarını 12-yə çatdıraraq 7-ci pilləyə yüksəlib. Baş hakimin 38-ci dəqiqədə "Sassuolo"nun xeyrinə verdiyi penalti qərarı matç ərzində qısa müddət müzakirə mövzusu olsa da, VAR sistemi də qərarın düzgünlüyünü təsdiqləyib.

"La Gazzetta dello Sport"un məlumataına görə Kaputi A Seriyasındakı ilk oyununuda yüksək qiymətə layiq görülüb.

Səbuhi Həsənov