İdman 13:35 06.01.2023

İtaliya  A Seriyasında irqçilik - məşhur futbolçu göz yaşlarını saxlaya bilmədi

İtaliya futbolunda bitib-tükənməyən irqçilik hadisələrinə yenisi əlavə edilib.

Qaynarinfo-nun məlumatyına görə "Latsio”nun "Leççe” ilə keçirdiyi matçda futbolçular Samuel Umtiti və Lamek Banda hədəfə alınıb. Onlar oyun zamanı irqçi şüarlara məruz qalıb. Qarşılaşmanın baş hakimi Livio Marinelli oyunu dayandırıb və oxşar hal təkrarlanarsa matçın davam etməyəcəyini açıqlayıb.

Nəticədə 29 yaşlı Umtiti meydanı göz yaşları içərisində tərk edib.

FİFA prezidenti Canni İnfantino da sosial media hesabında futbolçulara dəstək verib və azarkeşləri irqçiliyə qarşı çıxmağa səsləyib. 

Səbuhi Həsənov