Xəbər lenti

Dünya 23:57 31.01.2024

Jdanok yeganə hal deyil, AP-da daha çox Rusiya casusları ola bilər - "Politico"

Latviya deputatları əmindirlər ki, Avropa Parlamentində Tatyana Jdanokdan başqa daha çox Rusiya casusları ola bilər.

Qaynarinfo bu barədə "Politico”ya istinadən xəbər verir.

Bu gün Avropa Parlamenti Rusiyaya casusluqda şübhəli bilinən latviyalı deputat Tatyana Jdanokun işini araşdırır. Eyni zamanda, onun həmyerliləri Rusiyanın xeyrinə işləyənlərin daha da çox olduğunu düşünürlər.

"Rusiyanın maraqlarına şüurlu şəkildə xidmət edən digər deputatlar da var”, deyə sağ-mərkəzçi Avropa Xalq Partiyası, sağçı Avropa Mühafizəkarlar və İslahatçılar Partiyası və liberal Dirçəliş Partiyasının üzvləri Sandra Kalniete, Roberts Zile və İvars İyabs məktubda yazıblar. 

Xüsusilə, deputatlar hesab edirlər ki, Jdanokun xaric edildiyi Yaşıllar/EFA qrupu şübhəli şəxslə uzunmüddətli əməkdaşlıq, maliyyə dəstəyi və məlumat mübadiləsi üçün müəyyən məsuliyyət daşımalıdır.

Çərşənbə axşamı Yaşıllar/EFA qrupu iddialardan "dərin narahat olduqlarını" bildirərək Jdanokun araşdırmanın sonuna qədər parlamentdə işləməsinə qadağa qoyulmasını istəyib. 

Xatırladaq ki, Rusiyanın müstəqil "The İnsider” nəşri latviyalı deputat Jdanokun illərdir Rusiya kəşfiyyat xidmətinin agenti kimi çalışdığını yazdıqdan sonar bu bazar ertəsi, yanvarın 29-da Avropa Parlamenti onunla bağlı araşdırmaya başlayıb. Deputat isə öz növbəsində bu ittihamları rədd edir. Eyni zamanda o, Avropa Parlamentinin 2022-ci ilin martında Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını pisləyən qətnamənin əleyhinə səs verən 13 deputatdan biri olub. Daha sonra Yaşıllar/EFA qrupundan xaric edilib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->