Foto 20:11 03.06.2023

Kanada-Azərbaycan Paralament Dostluq Qrupunun iclası keçirildi  (FOTO)

Kanada-Azərbaycan Paralament Dostluq Qrupunun iclası keçirilib.

Kanada Azərbaycanlıları Şəbəkəsindən (NAC- Network of Azerbaijani Canadians) verilən məlumata əsasən, dostluq qrupunun iclasında Kanada parlamentinin üzvləri və senatorlarla yanaşı, NAC İdarə Heyəti üzvləri ilə də iştirak ediblər.

İclasda Kanada - Azərbaycan münasibətləri müzakirə edilib,  NAC tərəfindən Cənubi Qafqazda vəziyyətə dair xüsusi təqdimat olunub.

Qeyd edilib ki, Azərbaycanın Qarabağ bölgəsi erməni işğalından azad edildikdən sonra Azərbaycan böyük quruculuq işləri həyata keçirməkdədir. 

Bölgənin təhlükəsizliyində və iqtisadi inkişafında  Azərbaycanın mühüm rolu diqqətə çatdırılıb.