Xəbər lenti

Dünya 16:10 22.10.2023

Kanada kəşfiyyatı İsrailin Qəzza xəstəxanasını vurmadığını bildirdi

Kanada Müdafiə Kəşfiyyatı hesab edir ki, İsrail Qəzza zolağındakı Əl-Əhli xəstəxanasını vurmayıb. 

Qaynarinfo xəbər verir ki, bunu Kanadanın Milli Müdafiə naziri Bill Bleyer deyib.

Bleyerin qeyd etdiyi kimi, baş nazir Castin Trüdo ondan Kanada Silahlı Qüvvələrinə partlayışla bağlı müstəqil araşdırma və təhlil hazırlamağı tapşırmağı xahiş edib.

"Kanada Qüvvələr Kəşfiyyat Komandanlığı tərəfindən müstəqil şəkildə aparılan təhlil yüksək dərəcədə əminliklə göstərir ki, İsrail 2023-cü il oktyabrın 17-də xəstəxanaya zərbə endirməyib. Zərbənin Qəzzadan atılan raketlə səhvən vurulması ehtimalı daha yüksəkdir", - nazir bu barədə Kanada hökumətinin saytında dərc olunmuş bəyanatında bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrail tərəfi və ABŞ-ın çərşənbə axşamı Qəzza zolağında Əl-Əhli Baptist xəstəxanasına hücumun Fələstin müqavimət qüvvələri tərəfindən həyata keçirildiyi barədə bəyanatlarını gülünc adlandırıb.

Qəzza Səhiyyə Nazirliyi bildirib ki, oktyabrın 17-də Əl-Əhli xəstəxanasına hücum nəticəsində əksəriyyəti qadın və uşaqlar olmaqla 471 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Fələstinlilər və israillilər hücumda bir-birlərini günahlandırırlar, Fələstin Xarici İşlər Nazirliyi hücumun İsrail təyyarələri tərəfindən edildiyini, İsrail ordusu isə xəstəxananın Fələstin İslami Cihad qruplaşması tərəfindən uğursuz atılan raketlə vurulduğunu bildirib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->