Xəbər lenti

Kaxovka dənizi 4 günə yox olacaq: Artıq SES-i bərpa etmək mümkün deyil  (YENİLƏNİB)
Dünya 10:49 06.06.2023

Kaxovka dənizi 4 günə yox olacaq: Artıq SES-i bərpa etmək mümkün deyil  (YENİLƏNİB)

İşğalçılar tərəfindən partladılmış Kaxovska SES-i əvvəlki formada bərpa etmək mümkün deyil, maşın otağının avadanlığı tamamilə məhv edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrhidroenerqo” məlumat https://t.me/ukrhydroenergo/3606 yayıb.

"Maşın otağının içəridən partlaması nəticəsində Kaxovska SES tamamilə dağılıb. Stansiyanı bərpa etmək mümkün deyil", - məlumatda deyilir.

İdarədən verilən məlumata görə, yaxın 4 gün ərzində Kaxovka su anbarı tükənəcək. Səhər saat 9-a olan məlumata görə, suyun səviyyəsi artıq sürətlə aşağı düşür.

"Ukrhidroenerqo vəziyyəti təhlil etməyə davam edir, mütəxəssislərimiz dağıntının miqyasını, suyun sürətini və həcmini dəqiqləşdirməyə çalışırlar. Məlumat yenilənəcək", - "Ukrhidroenerqo" bildirib.
 
10:28

"Enerqoatom"un bildirdiyinə görə, Kaxovska su elektrik stansiyasının rus qoşunları tərəfindən dağıdılması Zaporojye Atom Elektrik Stansiyası (ZAES) üçün mənfi nəticələrə səbəb ola bilər, lakin vəziyyət nəzarət altındadır.

Qaynarinfo xəbər verir ki, bu haqda Unian-da gedən materialda deyilir.

"2023-cü il iyunun 6-na keçən gecə rus işğalçıları Kaxovski Su Elektrik Stansiyasının bəndini partladıblar. Partlayış nəticəsində Kaxovska su anbarında suyun səviyyəsi sürətlə azalır ki, bu da müvəqqəti işğal olunmuş Zaporojye atom elektrik stansiyası üçün əlavə təhlükədir. Kaxovska su anbarından gələn su zavodun turbin kondensatorlarını və ZAES təhlükəsizlik sistemlərini qidalandırması üçün lazımdır. Hazırda stansiyanın soyuducu nohuru doludur: səhər saat 08:00-a olan məlumata görə, suyun səviyyəsi 16,6 metrdir və bu, stansiyanın ehtiyaclarını ödəmək üçün kifayətdir”, - məlumatda deyilir. Energoatom əmin edir ki, hazırda ZAES-də vəziyyət nəzarət altındadır, ukraynalı personal bütün göstəricilərə nəzarət edir:

"Vəziyyət dəyişərsə, Energoatom dərhal xəbərdarlıq edəcək".

Xatırladaq ki, iyunun 6-na keçən gecə ruslar Xersondan Dnepr çayının yuxarı axınında yerləşən Kaxovski su elektrik stansiyasının bəndini partladıblar. Partlayış faktı "Cənub” əməliyyat komandanlığında təsdiqlənib.

Prezident Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının fövqəladə iclasını çağıraraq bildirib ki, Kaxovka SES-in işğalçıları tərəfindən bəndin partladılması onların Ukrayna torpaqlarının hər metrindən terror üçün istifadə etdiklərini təsdiqləyir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->