Ekonomiks 17:27 20.02.2024

Keçmiş direktoru Əhməd Vəliyevin bankından nə tələb edir? - Məhkəmə çəkişməsi

Odlar Yurdu Universitetinin rektoru, keçmiş deputat Əhməd Vəliyevə məxsus "Muğan Bank" Açıq Sıhmdar Cəmiyyətində (ASC) qalmaqal yaranıb. 

Qaynarinfo xəbər verir ki, Muğan Bankın İdarə Heyətinin üzvü və baş direktor olmuş Asif Əzizov bankı məhkəməyə verib. 

Asif Əzizovun iddia tələbi işə bərpa və əmək haqqının ödənilməsi ilə bağlıdır. İddiaya Nərimanov Rayon Məhkəməsində baxılacaq. Martın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Solmaz Ədilovanın sədrliyi ilə keçiriləcək. 

Mərkəzi Bank ötən il "Muğan Bank" ASC-nin lisenziyasını ləğv edib. Bank hazırda ləğv prosesindədir. 

2022-ci ilə qədər "Muğan Bank" ASC-nin səhmdarları aşağıdakı şəxslər olub:
Elmir Mehdiyev (67,74 faiz), 
Maqbet Mehdiyev (11,58 faiz), 
Vəfa Vəliyeva (10,65 faiz) 
Fəridə Mehdiyeva (10,03 faiz). 

Elmir Mehdiyev Əhməd Vəliyevin kürəkəni, Vəfa Vəliyeva qızı, Maqbet Mehdiyevlə Fəridə Mehdiyeva isə qudasıdır. 

2023-cü ilin martından isə bankın əsas səhmdarları Munir və Samir Vəliyevlərdir. Hər iki şəxs Əhməd Vəliyev oğludur. 

Samir Vəliyev həm də Odlar Yurdu Universitetinin Müşahidə Şurasının sədridir. Munir Vəliyev isə universitetin 1-ci prorektorudur. Onların hər ikisi professordur. 

Seyid