Ölkə 13:16 17.09.2022

Kəlbəcərdə həlak olan əsgərə şəhid statusu veriləcək

Azərbaycan Ordusunun Kəlbəcərdə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində vəfat edən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Omarov Eşqin Nəsib oğluna şəhid statusu veriləcək.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, E.Omarov şəhid statusu alacaq.

Xatırladaq ki, E.Omarovun həlak olması faktı ilə bağlı Kəlbəcər Hərbi prokurorluğunda araşdırma aparılır. O, Ağstafanın Aşağı Kəsəmən kənd sakinidir.