Foto 14:00 15.11.2023

Kələm əkdi, 14 min ziyana düşdü (FOTO)

Massalıda fermerə 14 min manat ziyan dəyib.
 
Bu barədə Qaynarinfo-ya açıqlamasında fermer Anar Abbasov deyib.
 
O bildirib ki, əgər torpaq sahəsi özünə məxus olmasaydı bu ziyanın məbləği 25 min olacaqdı:

"Bütün əziyyətini özüm çəkirəm. Aqronomu da özümən, aqrotexniki işlərin hamısını özüm edirəm. Əgər, bunlara da pul versəm, güman ki, ziyanın məbləği çox olardı. Fermerlərlə maraqlanan yoxdur. Kredit kötürüb kələm əkdik. Nəticə çox üzücü oldu. Xəstəlik yoxdur, sadəcə, kələmlərin vaxtı keçdi, alan olmadı”. 
Anar Abbasov min bir zəhmətlə başa gətirdiyi kələmi sata bilməyib:

"Bazarda topdansatış 25 qəpikdir. Sahədən isə 10-15 qəpiyə alırlar. Hər alverçinin əhatəsində öz adamları var. Onlar da öz sahələrini alırlar, bizim sahəyə yaxın gələn olmadı. 10 qəpiyə kələm olar? Məcbur olub 10 qəpiyə verdik. Məhsulun əmtəə nişanı itdi, sahədə batdı. Əslində, bu məhsul bir ay əvvəl satılmalı idi. Mallar cürüyüb getdi. Əkinçi kimi baxıb xəcalət çəkirəm, heç kimdən dəstək almıram. Əkirəm ki, qazanaq, amma ziyana uğradım”. 

Bahar Rüstəmli