Xəbər lenti

Ölkə 08:33 23.09.2022

Kəmalə Əlisgəndərqızına ARB24-də vəzifə verildi

Tanınmış aparıcı, jurnalist Kəmalə Əlisgəndərqızına ARB 24-də vəzifə verilib.

Manset.az-ın əldə etdiyi məlumata görə, o, ARB24-də "Xəbərlər” departamentində şef redaktor kimi fəaliyyətə başlayıb. Artıq aparıcı kollektivə təqdim edilib.

Xatırladaq ki, K.Əlisgəndərqızı 1995-2005-ci illərdə AzTV-də aparıcı, redaktor, müxbir, 2005-2016-ci illərdə ANS-də "Şirin çay”, "İç xəbər”, "Xəbərçi” layihələrində aparıcı, rəhbər, redaktor, müxbir, 2016-2017-ci illərdə "İnterAz” televiziyasında xəbərlərin baş redaktoru, 2018-ci ildən İTV-nin "Xəbərlər” departamentinin direktor müavini vəzifələrində vəzifələrində çalışıb.

O, 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?