Xəbər lenti

İdman 16:55 05.02.2024

"Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi

Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulub.

Qaynarinfo xəbər verir ki, sonuncu matçda "Kəpəz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Qəbələ şəhər stadionunda reallaşan qarşılaşma Gəncə klubunun qələbəsi ilə bitib. "Sarı-göylər"in qollarını 19 və 34-cü dəqiqədə Ehtiram Şahverdiyev, 69-cu dəqiqədə Amil Yunanov vurub. Naxçıvan təmsilçisinin heyətində isə 28-ci dəqiqədə Orxan Əliyev fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Kəpəz" 9-cu sıradakı mövqeyini möhkəmləndirib. "Araz-Naxçıvan" isə 27 xalla 6-cı pillədə qalıb.

Qeyd edək ki, XXI turda "Qarabağ" "Səbail"i, "Sumqayıt" isə "Neftçi"ni 2:1 hesabı ilə üstələyib. "Sabah" - "Turan Tovuz" və "Qəbələ" - "Zirə" matçları 1:1 hesabı ilə yekunlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->