Siyasət 19:23 27.09.2022

Kərim Vəliyev Gürcüstana gedir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sabah Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

Qaynarinfo xəbər verir ki, Kərim Vəliyev səfər çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq.