Xəbər lenti

Dünya 18:50 04.01.2024

Kim Çen In 10 yaşlı qızını özünə varis hazırlayır

Cənubi Koreyannın Milli Kəşfiyyat Xidmətinin (MXK) direktoru vəzifəsinə namizəd Ço Tae Yonq bildirib ki, Şimali Koreya lideri Kim Çen In qızı Kim Ju-e-ni özünə varis hazırlayır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

"Onun ictimai çıxışlarının təhlili və ictimai tədbirlərdə gördüyü hörmət səviyyəsinə əsasən, Kim Ju-e ən çox ehtimal olunan varis kimi görünür", deyə Ço Tae Yonq parlament dinləmələri zamanı bildirib.

Agentliyin məlumatına görə, bu, Cənubi Koreya kəşfiyyatı üçün Kim Ju-e-nin rolunu belə qiymətləndirən ilk bəyanatdır. Əvvəllər Milli Kəşfiyyat Xidməti Kim Çen Inın qızının varis olacağı qənaətinə gəlməyin tez olduğunu bildirmişdi. Eyni zamanda, Ço Tae Yonq qeyd edib ki, Cənubi Koreya kəşfiyyatı heç bir variantı istisna etmir, çünki Şimali Koreya lideri hələ gənc və sağlamdır.

Dekabrın 1-də Kim Çen Inın Aviasiya Gününün qeyd olunması fonunda Şimali Koreya Hərbi Hava Qüvvələrinin bölmələrindən birinə baş çəkdiyi bildirilib. Qeyd edilib ki, ölkə başçısı bazaya 10 yaşlı qızı Kim Ju-e ilə gəlib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->