Xəbər lenti

Ölkə 22:42 19.04.2024

Kirayə qaldığı evdən yorğan və balış oğurladı

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən yaşayış komplekslərinin birində kirayədə yaşayan şəxs mənzildən oğurluq edib. 

Qaynarinfo-nun məlumatına görə, 1970-ci ildə Ağsu rayonunun Ağabəyli kəndində anadan olmuş R.Məmmədov kirayə qaldığı mənzildən yorğan, balış, ütü, qazan, tava, çaydan, çaynik, qab-qacaq dəsti və duş başlığını (hərəsindən bir ədəd) oğurlayıb.
 
Həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 160 saat ictimai işlərə cəlb olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->