Xəbər lenti

Dünya 18:36 14.03.2024

Kişinyovdan uzaqlaşan Qaqauziya Rusiyaya birləşəcəkmi? (ŞƏRH)

"Rusiyanın Moldovaya hücum edəcəyini gözləmirəm. Məsələnin siyasi təzyiq formasını aşacağını da ehtimal etmirəm". 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Qaqauz müxtariyyətilə Kişinyov arasında son günlər gərginləşən durumu şərh edərkən deyib.

Mehman Əliyev bildirib ki, qaqauzların bir hissəsi Rusiyanın patronajlığı altında olmaq istəyirlər:

"Belə vəziyyəti ümumiyyətlə bütün Moldovaya aid etmək olar. Moldovada sosial-iqtisadi vəziyyətin kifayət qədər gərgindir. Bu amil Qaqauziyada da gərginliyin artmasına səbəb olur".

Ekspert bildirib ki, Qaqauziya Kişinyova qarşı addımları Moskvanın göstərişilə ilə atır:
 


"Son zamanlar Moldovanın Rusiya tərəfindən işğalı, burada çevriliş etmək cəhdləri də gündəmə gətirilir. Ancaq fikrimcə, bunların heç biri reallaşmayacaq. Ona görə də Qaqauziyada yaradılan gərginlikdə məqsəd sadəcə olaraq, vəziyyəti nəzarətdə saxlamağa, prosesləri idarə etməyə hesablanmış addımdır. Yəni bu kimi addımlarda əsas məqsəd Moldovanın Avropa İttifaqına sürətli inteqrasiyasının qarşısını almaqdır. Ona görə də Rusiya sadəcə olaraq ərazidə maraqlarını təmin etmək üçün çalışacaq. Bununla Kreml Moldovanı özündən asılı vəziyyətə salmaq istəyir".

Memhan Əliyev vurğulayıb ki, Moskva Qərbin Moldova ərazisindən Ukraynaya müdaxilə etməsini istəmir. Kreml daha çox bu məsələnin qarşısını almağa çalışır:

"Bu məkanda gərginliyin olması Kremlin maraqlarına cavab verir. Digər tərəfdən, burada məqsəd Ukrayna qüvvələrini parçalamaq da ola bilər".

Qeyd edək ki, Moldovada mərkəzi hakimiyyətlə Qaqauziya arasında qarşıdurma kəskinləşməyə doğru gedir. Muxtariyyayın rəhbəri Yevgeniya Qutsulun martın əvvəlində Rusiyaya səfər etməsi, Moskvada Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya prezidenti Vladimir Putinlə görüşlərində onlardan kömək istəməsi rəsmi Kişinyovu hiddətləndirib. Moldova hökuməti Qutsula qarşı açılan cinayət işini tezliklə məhkəməyə təqdim edəcəyini bildirir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->