Xəbər lenti

Dünya 12:00 04.01.2024

KİV: 2024-cü ildə Koreya yarımadasında müharibə ola bilər

2024-cü ildə Şimali Koreya və Cənubi Koreya arasında birbaşa silahlı münaqişə riski ən yüksək səviyyədədir. 

Qaynarinfo xəbər verir ki, bu qiymətləndirmə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən ifadə edilib.

Nəşr Cənubi Koreyanın 2024-cü ildə keçirəcəyi hərbi təlimlərin riskləri barədə xəbərdarlıq edib və ölkənin döyüş gücünün gücləndirilməsi ilə bağlı bəyanatlar verib.

"Kuklaların tələbi və fəal əməkdaşlığı ilə, ilk növbədə ABŞ və Yaponiyadan olan daha çox müdaxiləçi Koreya yarımadasında dolaşaraq, nüvə zərbəsi də daxil olmaqla, misli görünməmiş miqyasda təxribat xarakterli hərbi siyasət həyata keçirəcək", deyə nəşr yazıb.

Bu baxımdan Şimali Koreya və Cənubi Koreya arasında birbaşa hərbi münaqişə riskləri ən yüksəkdir.

KCNA qeyd edir ki, Seul 2024-cü ilə "silah gurultusu" və qarşıdurma ritorikası ilə başlayıb və bu, "kuklaların ehtiyatsızlığı" cavabsız qalacağı təqdirdə bölgədə sülh və sabitliyin olmayacağını nümayiş etdirir:

"Qarşıdurmanı sevənlər yeni ildə təsəvvür belə edə bilməyəcəkləri ağrılı anlarla qarşılaşacaqlar".

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->