Xəbər lenti

Dünya 23:12 21.04.2024

Kralın bu hərəkəti şahzadə Harrini qəzəbləndirib: "O, buna görə ağladı"

Şahzadə Harri onu və həyat yoldaşı Meqan Marklı Froqmor kottecindən qovarkən atası Kral III Çarlza qəzəblənib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" yazıb.

Kral mütəxəssisi və bioqrafı Tom Quinnin sözlərinə görə, şahzadə Harri atasının qərarından çox əziyyət çəkib.

"Harri Froqmordan qovulduğu üçün qəzəbləndi və ağladı. O, atasının bunu etməyə haqqı olmadığını və sırf qisas olduğunu hiss etdi", deyə Tom Quinn bildirib.

Ekspert əlavə edib ki, şahzadə Harri çox güman krallıq vəzifələrindən imtinanın onun iqamətgahından məhrum edilməsinə səbəb olacağını başa düşməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->