Dünya 15:19 25.02.2024

Kreml Almaniyaya qaçan rusiyalılara qarşı “ov” aça bilər - "Bild"

Kreml Almaniyaya qaçan rusiyalılara qarşı "ov” aça bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild" mənbələrə istinadən yazır.  

Rusiyadan qaçan Maksim Kuzminovun İspaniyada öldürülməsindən sonra "Bild" Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşlarından Putin rejimindən Almaniyaya qaçan rusiyalıların təhlükədə altında olub-olmadığını soruşub. 
Nəşrin məlumatına görə, 2022-ci ildən bəri ümumilikdə 1900 rusiyalı Almaniyadan siyasi sığınacaq alıb. Bunlar müharibə əleyhinə, demokratiya və insan haqları uğrunda fəaliyyətlərinə görə xüsusi risk altında olan insanlardır. 

Təhlükəsizlik rəsmiləri "Bild"ə bildiriblər ki, "dövlət terror aktları” ciddi təhlükə yaradır. Xarici kəşfiyyat xidmətləri və onların agentləri öz vətəndaşlarını qaçırmaq və hətta öldürmək üçün əməliyyatlar hazırlaya bilərlər.

"Putin rejiminə qarşı çıxan hər kəs özünü böyük təhlükə ilə üz-üzə qoyur. Bu cəsur insanların bəziləri siyasi təqiblərdən Almaniyada sığınacaq tapıblar. Biz bu insanların Almaniyada təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edirik. Buna görə də federal və yerli təhlükəsizlik orqanları mümkün təhdidlərin bütün əlamətlərini araşdırır və yaxından məlumat mübadiləsi aparır”, deyə Almaniyanın daxili işlər naziri Nensi Fezer "Bild"ə bildirib. 

O əlavə edib ki, Rusiyadan qaçan Maksim Kuzminovun İspaniyada öldürülməsindən sonra Almaniyanın təhlükəsizlik orqanları da İspaniya hakimiyyəti ilə əlaqədədir. 

"Bizim təhlükəsizlik orqanlarımız da İspaniya hakimiyyət orqanları ilə əlaqə saxlayır. Oradakı rusiyalının qətli ilə bağlı istintaq tam sürətlə davam edir. Şübhə aydındır: hazırda məlum olan şərtlərə əsasən, bu, dövlət terroru hadisəsi ola bilər. Biz bilirik ki, müharibə qızışdıran Putin heç bir yerdə dayanmayacaq”, deyə Frezer vurğulayıb.

Nizami Bağırov