Dünya 14:30 06.06.2023

Kreml Kaxovka SES-in dağıdılmasını “Ukraynanın təxribatı” adlandırdı

Vladimir Putin daim hüquq-mühafizə orqanlarından və yerli hakimiyyət orqanlarından "Kaxovka su elektrik stansiyasının ətrafında baş verənlər” barədə məlumat alır. 

Qaynarinfo MK-ya istinadla xəbər verir ki, bu barədə Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib

"Birmənalı şəkildə qeyd etmək olar ki, söhbət təxribatdan gedir. Bu təxribat potensial olaraq regionun sakinləri üçün çox ağır nəticələrə, ekoloji fəsadlara və digər nəticələrə gətirib çıxara bilər”, - o deyib.

Kreml spikeri vurğulayıb ki, təxribat "iki gün əvvəl genişmiqyaslı hücuma başlayan Ukrayna Silahlı Qüvvələrinin məqsədlərinə çatmaması” ilə bağlıdır. "Bu hücum hərəkətləri puç edilir", - Peskov bildirib.

O əlavə edib ki, Moskva stansiyanın sarsıdılmasında Rusiyanın günahkar olduğuna inanan kollektiv Qərb nümayəndələrinin ittihamlarını qətiyyətlə rədd edir.
Onun sözlərinə görə, təxribat Kiyevin göstərişi ilə törədilib və onun nəticələrinə görə bütün məsuliyyəti Kiyev rejimi daşımalıdır.

Alpər