Xəbər lenti

Dünya 16:05 13.03.2024

Kreml Paşinyanın bəyanatından sonra Ermənistan ilə bağlı vəziyyəti aydınlaşdıracaq

Kreml Ermənistanın Baş naziri Nikol Paşinyanın təşkilat üzvləri öhdəliklərini yerinə yetirmədiyi təqdirdə KTMT-dən çıxmağa hazır olması barədə bəyanatlarını eşidib. 

Qaynarinfo "Kommersant”a istinadən xəbər ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə Moskva vəziyyəti aydınlaşdıracaq. 

"Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Cənab Baş nazirin verdiyi bəyanatlara uyğun olaraq aydınlaşdırıb danışacağıq”, - deyə Peskov bildirib.

Kreml sözçüsü KTMT-nin Paşinyanın bu cür bəyanatlarına necə baxması sualını yersiz adlandırıb. Peskovun fikrincə, bu məsələ KTMT-yə ünvanlanmalıdır. O, bu vəziyyətin təşkilatın fövqəladə sammitinə səbəb olub-olmayacağı sualına da cavab verib, lakin qeyd edib ki, "KTMT çərçivəsində görüləsi işlər var”.

Xatırladaq ki, fevral ayında Nikol Paşinyan Ermənistanın KTMT-dəki iştirakının dondurulduğunu bəyan edib. Bundan sonra İrəvan Moskvaya xəbərdarlıq edib ki, Rusiya sərhədçiləri Yerevanın Zvartnots hava limanında fəaliyyətini dayandırmalıdır. Bir gün əvvəl, martın 12-də Paşinyan İrəvanı təşkilat üzrə tərəfdaşlarının Ermənistanın suveren ərazisinin harada yerləşməsi və KTMT-nin məsuliyyət zonasının harada olması ilə bağlı baxışı ilə qane olmayacağı təqdirdə KTMT-dən çıxmaqla hədələyib. 

Nizami Bağırov