Dünya 11:45 02.08.2023

Kreml “taxıl sövdələşməsinə qayıtmaq şərti”ni açıqladı

Moskva "taxıl müqaviləsi”nə qayıtmağa hazırdır, ancaq bir şərtlə. 

Qaynarinfo xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Peskov deyib.

"Moskva dərhal "taxıl müqaviləsi”nə qayıtmağa hazırdır. Lakin Rusiyanın şərtləri yerinə yetirildikdən sonra", - deyə Peskov qeyd edib.

Kreml sözçüsü bu şərhi ABŞ-ın Rusiyanın "taxıl müqaviləsi”nin müzakirəsinə qayıtmağa hazır olduğunu bəyan etməsindən sonra verib. Bu fikri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib. Eyni zamanda, onun sözlərinə görə, Birləşmiş Ştatlar hələ ki, bunun təsdiqini almayıb. "Biz onların (rusların – red.) müzakirəyə qayıtmaqda maraqlı ola biləcəyinə dair işarələr gördük. Buna görə də, bunun həqiqətən baş verib-vermədiyini görmək üçün gözləyəcəyik", - diplomat Reutersə deyib.

ABŞ nümayəndəsinin bəyanatlarını şərh edən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Telegram kanalında yazıb ki, "taxıl sövdələşməsi”nin Rusiya hissəsi "Ağ Evin intriqaları” səbəbindən işləməyib. "Vaşinqtonun müqavilənin bir hissəsi olaraq Rusiya gübrə və ərzaq tədarükünü asanlaşdırmaq üçün dəridən-qabıqdan çıxdığını iddia etməyə ehtiyac yoxdur. Tam əksi - ilan dərisindən çıxdılar ki, ehtiyacı olan ölkələr Rusiyadan heç nə almasınlar", - Zaxarova yazıb.

İyulun 17-də Rusiya Rusiya Federasiyasının taxıl müqaviləsində iştirakını dayandırdığını elan edib. Moskva buna səbəb kimi şərtlərinin yerinə yetirilməməsini göstərərək, Rusiya kənd təsərrüfatı məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı taxıl müqaviləsinin ikinci hissəsinin yerinə yetirilmədiyini qeyd edib. Ümumilikdə Rusiya Federasiyası sövdələşmənin uzadılması üçün yeddi şərt irəli sürüb. BMT-nin baş katibi Antonio Quterreş, Avropa İttifaqı və ABŞ razılaşmanın uzadılması tələbi ilə çıxış ediblər.

Alpər