Dünya 17:19 01.12.2022

Kreml Ukraynadakı hərbi cinayətlər üzrə tribunalı tanımaqdan imtina edir

Rusiya Avropa İttifaqının Rusiya ordusunun Ukraynadakı hərbi cinayətlərini araşdırmaq üçün xüsusi tribunal yaratmaq cəhdlərini rədd edir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib

"Bir növ tribunallar yaratmaq cəhdlərinə gəlincə, onların heç bir legitimliyi olmayacaq, bizim tərəfimizdən qəbul edilməyəcək və bizim tərəfimizdən qınanılacaq”, - Peskov bildirib. Onun sözlərinə görə, Rusiya müstəntiqləri "gündəlik və faktiki olaraq hər saat” "Kiyev rejiminin cinayətlərinin qeydiyyatı” ilə məşğuldurlar.

Peskov həmçinin "kollektiv Qərbi” Kiyevin 2014-cü ildən törətdiyi cinayətlərə reaksiya verməməkdə günahlandırıb və söz verib ki, Moskva onların hamısını araşdıracaq və "bütün bunlara əlavə edəcək”.

Xatırladaq ki, bir gün əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyanın Ukraynadakı hərbi cinayətlərini araşdırmaq üçün xüsusi tribunal yaradılmasını təklif edib. Onun sözlərinə görə, o, BMT-nin himayəsi altında yaradılmalıdır və Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ilə birlikdə bu işin üzərində çalışacağına söz verib. "Rusiya dəhşətli cinayətlərinin bədəlini ödəməlidir", - fon der Lyayen bildirib.

Nizami Bağırov