Xəbər lenti

Dünya 21:22 14.02.2024

Kremldən Putin-Ərdoğan görüşü ilə bağlı açıqlama

"Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin vaxtı hələ müəyyən edilməyib, lakin onun yaxın gələcəkdə - Rusiyadakı prezident seçkisinə qədər baş tutacağı istisna edilmir”.

Bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz bu səfərə hazırlaşırıq, tarixlər hələ müəyyən edilməyib. Biz onun yaxın gələcəkdə baş tutacağını gözləyirik. Biz istisna etmirik ki, səfər Rusiya Federasiyasında prezident seçkisi öncəsi baş tutacaq”, - Kreml nümayəndəsi bildirib.
Qeyd edək ki, bundan əvvəl media Putinin Türkiyəyə səfərinin fevralın 12-də baş tuta biləcəyini yazıb. Eyni zamanda, Kreml bu tarixi təsdiq etməyib.

Mənbə: TASS

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?