Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, Kreml Ukraynada "xüsusi əməliyyat”ın ildönümü ilə bağlı hər hansı tədbirin planlaşdırılıb-planlaşdırılmadığından hələlik xəbərsizdir.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər
verir.
"Mən bununla bağlı hər hansı tədbirin planlaşdırıldığını bilmirəm”, - deyə Peskov Rusiyanın Ukraynada "xüsusi hərbi əməliyyat”a başlamasının ildönümünü hansısa şəkildə qeyd edilib-etməyəcəyi ilə bağlı suala cavab verib.
Peskov jurnalistlərin xüsusi əməliyyatın ildönümü ilə bağlı materialların nə vaxt açıqlanacağı ilə bağlı sualını da Rusiya Xarici İşlər Nazirliyinə yönləndirib.
Alpər
Şərhlər