Dünya 23:57 28.03.2024

Krım sakini Fransa səfirliyinə müraciət etdi: "Bağımdakı raketi götürün"

Krım sakini Fransa hakimiyyətindən ingilis-fransız istehsalı olan gizli SCALP-EG qanadlı raketini bağından çıxarmağı tələb edib. 

Qaynarifno xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Rus qadının sözlərinə görə, raket Ukrayna Silahlı Qüvvələrinin hücumlarından biri zamanı onun bağına düşüb. Qadın dərhal polisə müraciət edib. Polis əməkdaşları hadisə yerə baxış keçirib və ətrafı hasara alıblar.

Nəşr qeyd edir ki, mərmi bir neçə metr yerə daxil olub.

"Mash"ın məlumatına görə, indi krımlı qadın raketdən xilas olmaq istəyir və bu məqsədlə Fransa səfirliyi ilə əlaqə saxlayıb. Lakin diplomatlar hələ də onunla əlaqə saxlamayıblar.

Aydın