Xəbər lenti

Dünya 17:45 05.04.2024

La Repubblica: "NATO Ukrayna ərazilərinin Rusiyaya verilməsi müqabilində buna razıdır"

NATO nümayəndələri ərazilərinin bir hissəsini Rusiyaya verdikdən sonra Ukraynanın alyansa daxil olmasını müzakirə edirlər. Bu senari açıq rəsmi danışıqlarda müzakirə olunmur, lakin qeyri-rəsmi müzakirələrdə getdikcə daha çox səslənir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "La Repubblica” qəzeti mənbələrə istinadən yazır.

Nəşr qeyd edir ki, ekspertlər bunu Rusiya-Ukrayna hərbi münaqişəsinə son qoymağın ən məqbul yolu adlandırırlar. Qəzetin məlumatına görə, hadisələrin belə nəticəsi Co Baydenin məğlubiyyəti və Donald Trampın ABŞ prezident seçkilərində qələbəsi qorxusu kontekstində getdikcə daha ciddi şəkildə nəzərdən keçirilir.

Bu plana əsasən, Rusiyaya Krımı və iki il ərzində işğal etdiyi bütün əraziləri saxlamaq təklif olunacaq. Ukraynanın sərhədləri qalan ərazilərdə sabitlənəcək - bu formada o, NATO-ya qəbul ediləcək. Qəzet xatırladır ki, bu variant Şərq və Qərbə bölünmüş Almaniya ilə İkinci dünya müharibəsindən sonra baş verənlərə bənzəyir.
Qeyd edək ki, keçən ilin payızında NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Ukraynanın yaxın gələcəkdə alyansa qəbul edilməsinin, lakin blokun mexanizmlərinin yalnız onun nəzarəti altında olan ərazilərə genişləndirilməsinin vacibliyini bəyan edib. Elə həmin ilin payızında NATO-nun keçmiş baş komandanı admiral Ceyms Stavridis "Bloomberg”də köşə yazısında Ukraynanı "keçən əsrin ortalarında” Cənubi Koreya ilə müqayisə edərək, hər iki ölkəni tam qələbəyə "nail ola bilməməsi” ilə eyniləşdirib. O, Ukraynanı "ən azı müvəqqəti olaraq” Rusiyanın Krım və bir sıra digər ərazilər üzərində nəzarətini tanımağa və "ərazilərin 15%-i Rusiya tərəfindən işğal olunsa belə” NATO üzvü olmağa çağırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->