Xəbər lenti

Dünya 17:53 06.12.2023

Latviya Putinin rusdillilərə "donuz münasibəti" ilə bağlı sözlərinə reaksiya verdi

Satversme Mühafizə Bürosu (SAB) bildirib ki, Rusiya prezidenti Vladimir Putinin Latviya hakimiyyətinin rusdilli insanlara qarşı "donuz” münasibəti ilə bağlı sözləri Moskvanın xarici siyasətinə tam uyğundur.

Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi” məlumat yayıb.

SAB bildirib ki, Rusiya Federasiyasının bu kursu xüsusilə Qərb ölkələrinə, o cümlədən Latviyaya qarşı sərt mövqe və aqressiv ritorikadan ibarətdir. Eyni zamanda, Büro Latviyada təhlükəsizlik səviyyəsinin sabit olaraq qaldığını vurğulayıb.

"Regionumuzda və bütövlükdə dünyada mürəkkəb vəziyyətə baxmayaraq, NATO üzvü kimi Latviyanın təhlükəsizlik səviyyəsi sabit olaraq qalır. SAB vəziyyəti izləməyə və mümkün təhlükəsizlik riskləri haqqında bütün məlumatları Latviyanın yüksək vəzifəli məmurlarına təqdim etməyə davam edir, onlar bunu qiymətləndirməli və gələcək tədbirlər barədə qərar verməlidirlər”, deyə SAB vurğulayıb. 

Xatırladaq ki, bundan əvvəl Putin Latviyanı bu ölkədə rusdilli əhalisinin təqib edilməsinə görə nəticələri ilə hədələyib: "Əgər bu və ya digər ölkədə yaşamaq istəyən, orada işləyən, bu ölkəyə hansısa imtiyazlar yaradan insanlara münasibətdə belə siyasət aparsalar, onlara donuz kimi baxsalar, sonda özləri də belə münasibətlə qarşılaşacaqlar".

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->