Xəbər lenti

Dünya 17:37 25.12.2023

Latviya sərxoş sürücülərdən müsadirə etdiyi 1 milyon avroluq avtomobilləri Ukraynaya verdi

Latviya hakimiyyəti sərxoş sürücülərdən müsadirə edilmiş ümumi dəyəri təxminən bir milyon avro olan avtomobilləri Ukraynaya göndərib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Delfi” məlumat yayıb.

"İndiyədək Latviya sərxoş sürücülərdən müsadirə edilmiş 271 avtomobili Ukraynaya göndərib ki, onların ümumi dəyəri təxminən bir milyon avro təşkil edir”, deyə nəşr yazır.

Qeyd olunur ki, 2023-cü ilin fevralında Latviya Seymi "Ukraynanın mülki əhalisinin dəstəklənməsi haqqında” qanuna düzəlişlər qəbul edib. Yeni düzəlişlər dövlətə məxsus avtomobillərin Kiyevə verilməsinə icazə verir.

Bundan əvvəl Böyük Britaniyanın keçmiş müdafiə naziri Ben Uolles ölkə hökumətini avtomobillərin Ukraynaya ötürülməsi üçün "maksimum aşağı çirklənmə zonaları” proqramı çərçivəsində təkrar emalı sxemini dəyişməyə çağırdığını bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->