Xəbər lenti

Dünya 23:45 02.02.2024

Latviya Seyminin üzvlərinə başqa dildə ünsiyyət qadağan oluna bilər

Latviya Seymi reqlamentə dəyişiklikləri nəzərdən keçirir və bu dəyişikliklər qəbul olunarsa, deputatların respublikada qeydiyyatdan keçmiş KİV-lərlə latış dilindən başqa dildə əlaqə saxlamasını qadağan edəcək. 

Qaynarinfo xəbər verir ki, bu barədə Latviyanın "Voice of the Baltic” nəşri məlumat yayıb.

Təklif "TB-Visu Latvijai” parlament fraksiyasından gəlib. Nəşr qeyd edir ki, onun praktikada tətbiqi yerli rus və ya ukrayna dillərini bilən Seym deputatlarının milli azlıqlar üçün tematik proqramları olan Latviya KİV-lərinə belə müsahibə verə bilməyəcək. Rusiya qəzetinin nümayəndələri ilə söhbət zamanı isə parlamentarilər tərcüməçi vasitəsilə latış dilində danışmalı olacaqlar.

Seymin Konstitusiya və Məhkəmə Siyasəti Alt Komitəsi dilə edilən düzəlişləri rədd edib. Bununla belə, təklifə hələ də plenar iclasda baxılacaq və yəqin ki, təsdiq oluna bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->