Xəbər lenti

Dünya 21:48 03.01.2024

Latviya Ukrayna uğrunda döyüşən Rusiya vətəndaşına sığınacaq verdi

İnzibati rayon məhkəməsi Latviyaya Ukrayna tərəfində döyüşmüş işğalçı ölkə Rusiya vətəndaşına sığınacaq verməyi əmr edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Delfi yazıb.

Qeyd olunur ki, avqust ayında Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi (PMLP) Rusiya vətəndaşına sığınacaq verməkdən imtina edib.

Həmin şəxs 2022-ci ildə qaçqın və ya alternativ status üçün müraciət edib. O, Latviyada anadan olub, lakin 1997-ci ildən Ukraynada yaşayır. Onun sözlərinə görə, o, Ukrayna vətəndaşlığını ala bilməyib.

2014-cü ildə rusiyalı Donbas batalyonunda könüllü olaraq xidmət edib. O, ay yarım cəbhədə olub, beyin silkələnməsi, eləcə də onurğa və dizindən zədə alıb. O, Rusiya xüsusi xidmət orqanlarının bundan xəbər tutacağından qorxduğu üçün hərbi əməliyyatlarda iştirakını reklam etməyib.

Hücumların birində onun şəxsi əşyaları, o cümlədən Rusiya Federasiyası vətəndaşı olan pasportu yandırılıb. 2021-ci ildə o, Ukraynada qaçqın statusu almaq üçün sənədlər toplamağa başlayıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->