Xəbər lenti

Dünya 16:00 18.01.2024

Lavrov Rusiyanın yaxın ətrafı hesab edildiyi ölkələrin adlarını açıqladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, Yaxın Şərq ölkələri Moskvanın yaxın ətrafı hesab etdiyi ölkələrin sırasına daxil olub. Bunlara İran, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər daxildir. 

Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, nazir bu barədə 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında bildirib.

"Əgər biz yaxın ətrafımızdan danışırıqsa, təbii ki, bunlar Yaxın Şərq ölkələridir - İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər", deyə Lavrov bildirib. 

O, Rusiyanın təkcə ayrı-ayrı ölkələrlə deyil, həm də Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurası, Ərəb Dövlətləri Liqası, ASEAN, Afrika İttifaqı, Latın Amerikası və Karib ölkələri İcması kimi regional strukturlarla münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib.

Rusiyalı nazir Çinlə əlaqələrin inkişafını da qeyd edib. Onun fikrincə, onlar "əsrlik tarixlərinin ən yaxşı dövrünü yaşayırlar". Həmçinin, Lavrovun sözlərinə görə, Hindistanla münasibətlər "proqressiv şəkildə inkişaf edir”. 

Nazir bildirib ki, Rusiya Afrika ölkələri ilə tərəfdaşlığını "həqiqi strateji səviyyəyə” qaldırır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->