Siyasət 18:50 06.12.2023

Lavrovla Ceyhun Bayramovun görüşü münasibətlərə necə təsir edəcək? (ŞƏRH)

"Lavrovla Ceyhun Bayramovun görüşü Azərbaycan- Ermənistan münasibətlərinin gələcəyilə bağlı məsələlərin müzakirəsi baxımından da vacib əhəmiyyət daşıyır”.
 
Bunu Qaynarinfo-ya politoloq Tural İsmayılov Xəzəryanı ölkələrin XİN rəhbərlərinin Moskva görüşü fonunda Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında olan görüşü şərh edərkən deyib.

Politoloq  qeyd edib ki, Xəzəryanı ölkələrin dövlət başçıları və xarici işlər nazirləri arasında görüşlər aktual olduğundan bu görüşlərin mütəmadi keçirilməsi yaxşı haldır:
 


"Bu münasibətlərin inkişaf etdirilməsi baxımından da vacib əhəmiyyət kəsb edir. Bu müstəvidə Rusiya və  Azərbaycan xarici işlər nazirləri arasında keçirilən görüş də iki ölkə arasında münasibətlərin gələcəyini müzakirə etmək baxımından vacib əhəmiyyətə malikdir. Görülən  işlər, istərsə də Azərbaycan və Rusiyanın iqtisadi, siyasi və digər aspektlərdə apardıqları danışıqlar mühüm əhəmiyyətə malikdir. Lavrov Bayramov görüşünün Bakı  ilə Moskva arasında münasibətlərdən başqa, Azərbaycan Ermənistan münasibətlərinin gələcəyilə bağlı məsələlərin müzakirəsi baxımından da vacib əhəmiyyəti vardır. Bu  yaxınlarda Azərbaycan və Ermənistan delimitasiya komissiyasının sərhəddə iclası oldu. Bayramovla Lavrovun  görüşündə yəqin ki, bu məsələlərə də toxunulub. İlin  sonuna doğru Bakı ilə İrəvan arasında yekun sülh müqaviləsinin imzalanması ilə bağlı gözləntilər var. Hesab  edirəm ki, Rusiya XİN rəhbərilə müzakirələrdə bu məsələyə də toxunulub. Bütövlükdə Azərbaycan Rusiya  əlaqələri indiki dövrdə kifayət qədər passiv tendensiya nümayiş etdirir. Bu baxımdan, iki ölkənin XİN  rəhbərlərinin görüşünün müstəsna əhəmiyyətinin olduğunu düşünürəm”. 

Qeyd edək ki, Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı, Azərbaycan və Rusiya  arasında əməkdaşlıq məsələləri, habelə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti və perspektivləri müzakirə olunub. 

Rüfət Sultan