Xəbər lenti

Dünya 18:47 08.04.2024

Litva MKİ-nin məxfi həbsxanası barədə niyə məlumat verə bilmir? - ABŞ mediasından iddia

ABŞ-la sıx əlaqələr Litva hakimiyyətinin onun ərazisində Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) məxfi həbsxanasının yerləşdiyini etiraf etməsinə mane olur. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" (NYT) ekspertlərə istinadən məlumat yayıb.

Vilnüs Universitetinin tədqiqatçısı Kestutis Girniusun sözlərinə görə, Litva hakimiyyəti Şimali Atlantika Alyansının (NATO) üzvü kimi təhlükəsizlik məsələlərində ABŞ-dan çox asılı olduğundan hakimiyyət belə bir islah müəssisəsi haqqında danışmaq istəmir. 

Jurnalistlər əlavə ediblər ki, susqunluğun digər səbəbi Litvanın həbsxananın saxlanması üçün Vaşinqton tərəfindən ayrılmış və Litva rəsmiləri tərəfindən başqa məqsədlər üçün israf etdiyi vəsaitlərlə bağlı araşdırmanı yenidən başlamaq istəməməsidir.

2022-ci ilin yanvarında Litva səudiyyəli islamçı və Üsamə Bin Ladenin şəriki Əbu Zubaydaya MKİ-nin Vilnüs yaxınlığında yerləşən məxfi həbsxanasında ittiham olunmadan saxlanıldığı üçün 100 min avro ödəyib. Bu qərar Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Litva hökumətini işgəncələri qadağan edən Avropa qanunlarını pozduğuna görə təzminat ödəməyə məcbur edən hökmü ilə əlaqədar qəbul edilib.

AİHM-in arqumentlərinə baxmayaraq, Vilnüs hələ də Litvada MKİ-nin gizli həbsxanasının olduğunu rəsmən tanımayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->