Xəbər lenti

Dünya 13:59 10.01.2024

Litva prezidenti XİN başçısını Zelenski ilə görüşə çağırmadı

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis prezident Gitanas Nausedadan dəvət almadığı üçün ölkəyə səfəri zamanı Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdə iştirak etməyəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə LRT yazıb.

Xarici İşlər Nazirliyi rəhbərinin mətbuat katibinin sözlərinə görə, Landsbergis Litvaya gələn Zelenskini hava limanında qarşılayıb, lakin dəvət almadığı üçün prezident sarayındakı görüşə getməyəcək.

Eyni zamanda, nəşrin ölkə prezidentinin müşavirinə ünvanladığı sorğuda bu qərarın niyə qəbul edildiyinə dair cavab verilməyib.

"Litva və Ukrayna prezidentləri arasında keçiriləcək görüşdə hərbi yardım məsələlərinə diqqət yetiriləcək. Hərbi yardımın göstərilməsi, ukraynalı əsgərlərin hazırlanması, hərbi sənaye sahəsində əməkdaşlıq və Ukrayna ərazilərinin minalardan təmizlənməsi məsələləri müzakirə olunacaq, ona görə də görüşə milli müdafiə naziri dəvət olunub", deyə LRT prezidentin köməkçisi Rydas Casyulionisdən sitat gətirir.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bu gün elan olunmamış səfərlə Litvaya yollanıb və orada bir sıra yüksək vəzifəli siyasətçilərlə görüşməyi planlaşdırır. Ukrayna liderinin sözlərinə görə, Vilnüsdə Litva prezidenti Qitanas Nauseda, baş nazir İnqrida Simonyte və Seymin sədri Viktoriya Kmilyte-Nilsen, eləcə də digər siyasətçilər, jurnalistlər və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə görüşəcək.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->