Xəbər lenti

Dünya 23:20 09.03.2024

Litva Qərbi Ukrayna ilə bağlı qırmızı xətlərdən imtina etməyə çağırdı

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Qərb ölkələrini Ukrayna ilə bağlı heç bir "qırmızı xətt" çəkməməyə çağırıb. Onun sözlərinə görə, Ukraynanın qələbəsi naminə onlar Kiyevə hər hansı formada yardımdan imtina etməməlidirlər. 

Qaynarinfo bu barədə "Sputnik Litva"ya istinadən xəbər verir.

"Biz özümüz üçün qırmızı xətlər çəkməli deyilik, onları Rusiya üçün müəyyənləşdirməliyik. Ukraynanın qalib gəlməsi üçün biz heç bir yardımdan imtina edə bilmərik", deyə Landsberqis bildirib.

Son zamanlar Fransa prezidenti Emmanuel Makronun NATO əsgərlərinin Ukraynaya göndərilə biləcəyi ilə bağlı açıqlaması müzakirə olunur. Bu məsələyə münasibət bildirən Landsberqisin fikrincə, müttəfiqləri ilə Kiyevin hazırda ən çox nəyə ehtiyacı olduğunu müzakirə edir.

"Təcili yardım üçün konkret nəyin lazım olduğuna qərar vermək lazımdır", deyə nazir yekinlaşdırıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->