Dünya 18:55 03.10.2022

Litva: Ukraynanın NATO-ya daxil olması üçün prosedurlar dərhal başlamalıdır

Litvanın müdafiə naziri Arvydas Anusauskas bildirib ki, Ukrayna ərazisinin beşdə birinin ilhaqı sağ qalmaq uğrunda mübarizə aparan ölkəni yenidən NATO-ya üzvlük üçün müraciət etmək qərarında birinci sıraya çıxarıb.

Qaynarinfo "Avropa həqiqəti”nə istinadən xəbər verir ki, o, bunu Litva Mühafizəkarlar Partiyası Şurasının iclasında deyib.

"Litva açıq qapı siyasətini dəstəkləyir, ona görə də Ukrayna çətin məqsəd kimi görünsə belə, bizim qeyd-şərtsiz dəstəyimizə arxalana bilər", - nazir deyib.
Anusauskasın fikrincə, Ukraynanın alyansa qəbulu ilə bağlı danışıqlar və formal prosedurlar "müharibəyə baxmayaraq" indi başlamalıdır.

"Ən vacibi İsveç və Finlandiyaya tətbiq edilən sadələşdirilmiş NATO-ya qəbul prosedurları deyil, 30 ölkənin konsensusu - bu ölkənin NATO-ya qəbul oluna biləcəyi və müharibədən asılı olmayaraq prosesin özünün başlaması ilə bağlı razılıqdır", - o deyib.

"Belə olan halda, Qərb ölkələri müharibədən əvvəlki mövqedə qala bilməz (...) Ukrayna üçün təhlükəsizlik təminatları indi artırılmalıdır”, - o əlavə edib.
Xatırladaq ki, cümə günü Vladimir Zelenski Ukraynanın Şimali Atlantika Alyansına sürətləndirilmiş daxil olmaq üçün ərizə imzaladığını elan edib və Qərb tərəfdaşlarını Ukraynanın Kiyev Təhlükəsizlik Müqaviləsində (Kyiv Security Compact) müəyyən edilmiş təhlükəsizlik zəmanətləri üçün hazırladığı təklifləri həyata keçirməyə çağırıb.
 
Alpər