Xəbər lenti

Dünya 17:46 24.03.2024

Litvanın baş naziri Rusiya üzərində qələbə qazanmağın yolunu açıqladı

Litvanın baş naziri İnqrid Şimonite Qərb ölkələrini Ukraynanın qalib gəlməsinə kömək etməyə və Rusiyanın məğlubiyyətindən qorxmamağa çağırıb.

Qaynarinfo xəbər verir ki, baş nazir Rusiya üzərində qələbənin düsturunu açıqlayıb.

"Təcavüzkarı məğlub etməyin düsturu kifayət qədər aydındır: güc vasitəsilə sülh. Əgər səylərimizi səfərbər edib qələbəyə inanmağa başlasaq, Avropada sülhü təmin edə biləcəyik və nəhayət sülh qalib gələcək", deyə Şimonite bildirib.

O qeyd edib ki, Şimali Avropa və Baltikyanı ölkələrin ümumi ÜDM-i NATO və G7-yə üzv olan 32 dövləti nəzərə almasaq, Rusiya Federasiyasından yüksəkdir.

"Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi təkcə Avro-Atlantik deyil, həm də qlobal təhlükəsizlik nizamını formalaşdıracaq. İmperialist ambisiyaları olan bir ölkənin qonşularını təhdid etdiyi yerdə dünya demokratiyaları təhlükəsiz olmayacaq", deyə Litvanın baş naziri bildirib.

Bundan əlavə, o qeyd edib ki, yayda Vaşinqtonda keçiriləcək NATO sammiti digər məsələlərlə yanaşı, Ukraynanı Alyansa yaxınlaşdırmaq öhdəliyinə də qiymət veriləcək:

"Ukrayna, NATO-nun Ukraynaya ehtiyacı olduğu kimi NATO-ya da lazımdır. Ukraynanın gələcək üzvlüyü Alyansın hərbi potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək, çünki Ukrayna Silahlı Qüvvələri Rusiyanın genişmiqyaslı işğalına qarşı durmaq iqtidarındadır".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->